Joao Mario "Beşiktaş"dan ayrıla bilər

"Beşiktaş"ın portuqaliyalı futbolçusu Joao Mario yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Beşiktaş" klubunun rəhbərliyi J.Marionun çıxışından narazıdır.

Bu səbəbdən oyunçuya özünə yeni klub axtarmasını tələb edib.

Mario müqavilə əsasında "Benfika"ya məxsusdur.

Qeyd edək ki, 31 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 2.8 milyon avro olaraq qiymətləndirilir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 asistlə yadda qalıb.