Joao Pedro İspaniyada çıxış edə bilər
"Çelsi"nin forvardı Joao Pedro yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Barselona" sözügedən futbolçu ilə yaxından maraqlanır.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, J.Pedro cari mövsüm meydana çıxdığı 49 matçda 20 qol, 9 asistlə yadda qalıb.