Jota "Liverpul"dan ayrılmağa hazırlaşır
"Liverpul" mövsümün sonunda portuqaliyalı hücumçusu Dioqo Jota ilə yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops öz şəxsi "X" hesabında paylaşım edib.
"Nyukasl Yunayted" və "Vulverhempton" Jota ilə yaxından maraqlanır.
Qeyd edək ki, 28 yaşlı hücumçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayınaq qədərdir.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 matçda 8 qol və 3 asistlə yadda qalıb.
Dioqo Jota 2020-ci ilin yayında "Vulverhempton"dan "Liverpul"a 44.7 milyon avro qarşılığında transfer olmuşdu.