Joze Mourinyo "Benfika" matçı ilə bağlı fikirlərini bölüşüb

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə oyun barədə düşüncələrini bölüşüb.

Sportline.az "A Spor"a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib.

"Benfika"nın oyun keyfiyyətindən xəbərim var. Bəzi göstəricilər onların üstünlüyünə dəlalət edə bilər. Bununla belə "Benfika"nın favorit olduğunu söyləyə bilmərəm. Çempionlar Liqasında yola davam etmək istəyindəyik. Bu məqsədlə də əlimizdən gələni əsirgəməyəcəyik", - deyə Mourinyo oyun haqqında fikrini açıqlayıb.

Qeyd edək ki, "Fənərbağça" - "Benfika" görüşü bu gün Bakı vaxtı ilə 23:00-da başlanacaq.