Joze Mourinyo: “Ronaldo “Fənərbağça”ya gəlməyəcək”

“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo Ronaldonun transferi haqqında danışıb.

Sportline.az “Sports Digitale” nəşrinə istinadən xəbər verir ki, J.Mourinyo Ronaldonun “Fənərbağça”ya transfer olmayacağını söyləyib.

“Ronaldo “Fənərbağça”ya gəlməyəcək. İlk səbəbi əlimdə 3 mükəmməl hücumçu var. Mən başqa hücumçu istəmirəm. Kriştiano hər zaman Kriştianodur amma, mən bura gəlməsinin tərəfdarı deyiləm. Ərəbistanda qazandığı pullar və qarşısına qoyduğu 1000 qolu keçmək kimi hədəfləri olan birinin burda işi ola bilməz. Bunu artıq başa düşün. Türkiyəyə sadəcə istirahətə gələ bilər. İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir”, - deyə Mourinyo bildirib.