Jul Kundenin ayrılması gündəmdədir

"Barselona"nın futbolçusu Jul Kunde yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qabriel Sans məlumat yayıb.

27 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 45 matçda 3 qol, 4 asistlə yadda qalıb.

Qeyd edək ki, J.Kundenin dəyəri 65 milyon avrodur.