Kadırov dünya çempionunu döyüşə çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov MMA döyüşçüsü Aleksandr Yemelyanenkonu təkbətək döyüşə çağırıb.

Sportline.az xəbər verir ki, Kadırov sosial şəbəkə vasitəsi ilə müraciətdə “idman dünyasında belə dəb yaranıb – hamı Aleksandr Yemelyanenkonu döyüşə çağırır. Mən də bunu etmək qərarına gəldim”, - deyib. O, Aleksandra döyüş dərsi keçməyə də hazır olduğunu deyib:

“Çalışacam, dərs uzun və darıxdırıcı olmasın”.