Kalulu İngiltərə klublarının maraq dairəsindədir

"Yuventus"un fransalı stopperi Pierre Kalulu İngiltərə klublarının transfer siyahısında yer alıb.

Sportline.az "Tutto Juve" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" və "Tottenhem" 25 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyən klubların siyahısında yer alır.

Kalulu Turin klubundan ayrılmaq fikrinə müsbət yanaşır.

Qeyd edək ki, sözü gedən oyunçu cari mövsüm meydana çıxdığı 14 matçda 2 asistlə yadda qalıb.