Kalulu “Yuventus”dan ayrılır?
"Yuventus" müdafiəçisi Pierre Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" fransalı futbolçunu transfer etmək niyyətindədir.
Kalulu isə İngiltərədə oynamağa müsbət baxır. 25 yaşlı mərkəz müdafiəçisi Turin klubunda böyük uğurlar üçün mübarizə aparmaq perspektivini real saymır və buna görə də Premyer Liqada özünü sınamaq istəyir.