"Kalyari"nin qapıçısı İngiltərədə çıxış edə bilər
“Kalyari”nin qapıçısı Elia Kapril karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər, məlumatı tanınmış insayder Nikola Şira verib.
Sportline.az xəbər verir ki, adı açıqlanmayan bir Premyer Liqa klubu 24 yaşlı italiyalı qapıçını gələcək mövsüm üçün transfer siyahısına daxil etməyi düşünür.
“Kalyari” Kaprilin qiymətini 20–25 milyon avro arasında müəyyən edib.
Qapıçı ötən ilin yanvarında “Napoli”dən 8 milyon avroya transfer olunmuşdu.