Kamavinqa İtaliya nəhənginin transfer siyahısında yer alır
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "İnter" fransalı futbolçu ilə ciddi şəkildə maraqlanır.
"Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "los blankos" 23 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Kamavinqa 2021-ci ildən "Real Madrid"də çıxış edir.