Kamavinqa "Real"dan ayrılır?

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, Madrid klubu sözügedən oyunçu üçün ən azı 50 milyon avro tələb edir.

Bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən "Real"da çıxış edir.