Kamavinqa satılacaq?

"Real" onları qane edəcək bir təklif alacağı halda, Eduardo Kamavinqa ilə bu yay yollarını ayırmağa razıdır.

Sportline.az xəbər verir ki, "kral klubu" Fransa millisinin üzvünü satışa çıxarmağı planlaşdırır.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm daha çox zədələrlə yadda qalıb.

Premyer Liqanın aparıcı klubları Kamavinqa ilə maraqlanır və "Real" onu ən azı 50 milyon avroya satmağı düşünür.

Kamavinqa "Renn" akademiyasının yetirməsidir.

O, 2021-ci ildə bu komandadan İspaniya nəhənginə transfer olunub.

Futbolçunun "Real"la müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.