Kamavinqanın transfer qiyməti açıqlandı
"Real Madrid" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən futbolçu üçün 80 milyon avro tələb edir.
Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, E.Kamavinqa 2021-ci ildən "Real"da çıxış edir.