Kamran Ağayev karyerası ilə bağlı qərar verdi
"Səbail" klubunun qapıçısı Kamran Ağayev karyerası ilə bağlı qərar qəbul edib.
Sportline.az xəbər verir ki, millimizin sabiq üzvünün klubla danışıqları müsbət nəticələnib.
Belə ki, 35 yaşlı futbolçunun daha bir il komandada qalmağa razılıq verdiyi bildirilir.
Bununla bağlı yaxın günlərdə rəsmi açıqlama veriləcəyi gözlənilir.