Kamran Ağayev oynadı, komandası mərhələ adladı

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya Kubokunun 1/16 final mərhələsində doğma azarkeşləri önündə “Pribram” ilə üz-üzə gəlib. SportLine.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Bu nəticə ilə "Mlada Boleslav" 1/8 finala yüksəlib.

K.Ağayev oyuna start heyətində daxil olub və sonadək mübarizə aparıb.