Kamran Ağayevin "Boavişta"nın heyətinə dönüşü ləngiyir
Kamran Ağayevin “Boavişta”nın heyətinə qayıdışı ləngiyir. Sportline.az xəbər verir ki, milli komandamızın qolkiperi hələ də zədədən əziyyət çəkir. Son məşqlərin birində ayağında yenidən ağrılar hiss edən Ağayevin hazırlığı dayandırdığı bildirilir. Çox güman ki, o, Portuqaliya çempionatını növbəti turunu da kənardan izləyəcək. “Boavişta”nın martın 3-ündəki rəqibi isə, “Moreyrense”dir.