Kamran Ağayevin restoranında yanğın

Qapıçı Kamran Ağayevin restoranında yanğın olub.

Sportline.az Yeni Sabah-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında olub. Ağayevin Montin qəsəbəsində yerləşən "KN Lounge” adlı restoranda qəfil yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və alov söndürülüb.