Kamran "Mlada Boleslav"ın məğlubiyyətini izlədi

Çexiya çempionatında  4-cü turun oyunları keçirilir. Sportline.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" növbəti məğlubiyyətə uğrayıb. Liberets "Slovan"ını qəbul edən komanda 0-3 hesabı ilə məğlub olub. Qeyd edək ki, aktivində cəmi 1 xalı olan "Mlada Boleslav" turnir cədvəlinin autsayderidir.