Kamran və Emin oynadı, "Boavişta" məğlub oldu

Portuqaliya Premyer Liqasında növbəti oyunlar keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" doğma meydanda "Gimarayeş"lə üz-üzə gəlib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib - 2:1.

K.Ağayev start heyətində meydana daxil olub. Emin Mahmudov isə 70-ci dəqiqədə mübarizəyə atılıb.

Qeyd edək ki, "Boavişta" hazırda 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.