Kamran və Eminsiz "Boavişta" 1 xal qazandı

Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Moreirense" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

K.Ağayev və E.Mahmudov zədəli olduqları üçün sözügedən görüşdə iştirak etməyib. Onların adları iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 24 turdan sonra “Boavişta” 30 xalla 8-ci yeri tutur.