Kamran və Eminsiz "Boavişta" "Porto"ya məğlub oldu

Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Porto" kollektivi olub.

Matçın taleyini bir qol həll edib. 7-ci dəqiqədə Soaresin vurduğu qol "Porto"ya qələbə qazandırıb.

Qeyd edək ki, nə K.Ağayevin, nə də E.Mahmudovun adı matçın iştirak ərizəsinə salınmayıb.