Kanselo Avropa klubuna qayıda bilər
Joao Kanselo qışda Səudiyyə Ərəbistanını tərk edə bilər.
Sportline.az xəbər verir ki, vaxtilə “İnter” və “Yuventus”un formasını geyinmiş Joao Kanselo bu qış transfer pəncərəsində Səudiyyə Ərəbistanı Pro Liqasından ayrılmağa yaxın ola bilər.
İnsayder Fabritsio Romanonun məlumatına görə, hazırda “Əl-Hilal” və ya futbolçunun agenti Jorje Mendeşlə rəsmi təmaslar qeydə alınmayıb.
Həmçinin İtaliya klublarından ciddi siqnalların daxil olmadığı bildirilir. Bununla belə, mövcud qaydalar və oyunçu qeydiyyatı ilə bağlı tələblər bəzi mümkün transfer variantlarını gündəmə gətirib.