Kante “Fənərbağça”ya gəlməyəcək

“Fənərbağça”nın Kante cavab gəldi.

Sportline.az xəbər verir ki, ara transfer dövründə heyətini gücləndirməyi planlaşdıran “Fənərbağça”nın əsas hədəflərindən biri N’Qolo Kantedir.

Sarı-göylər bu məqsədlə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”ın qapısını bir daha döyüb.

Türkiyə klubunun ilk təmaslardan istədiyi nəticəni ala bilmədiyi bildirilir.

Buna baxmayaraq, “Fənərbağça” Kante üçün “Əl-İttihad”a yeni təklif təqdim edib.

Səudiyyə mətbuatında yer alan xəbərlərə görə, “Əl-İttihad” bu təklifi də geri çevirib.