Kante İstanbul nəhənginə gəlir

"Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante karyerasını "Fənərbağça"da davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul klubu bu keçid üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kante "Fənərbağça" ilə 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş müqaviləyə qol çəkəcək.