Kapitan gəmisində qalmaq istəyir
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu klubda xoşbəxtdir.
Portuqaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 26 matçda 6 qol, 13 asistlə yadda qalıb.
Qeyd edək ki, B.Fernandeşlə "Bavariya" klubu yaxından maraqlanır.