Kapitandan şad xəbər: Komandada qalır

İspaniya "Sevilya"sı kapitanı Xesus Navasla müqavilənin müddətini uzadacaq.

Sportline.az xəbər verir ki, bu barədə Əndəlusiya təmsilçisinin prezidenti Xose Kastro klubun rəsmi saytına açıqlamasında deyib.

Funksioner 36 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğunu və yaxın günlərdə 3 illik yeni sözləşmə imzalanacağını bildirib.

Qeyd edək ki, Xesus Navas "Sevilya"nın yetirməsidir. 2004 - 2013-cü illərdə bu komandanın şərəfini qoruyan futbolçu daha sonra İngiltərənin "Mançester Yunayted" klubuna keçib. O, 2017-ci ildə La Liqa təmsilçisinə qayıdıb.