Karateçilərimiz daha bir sınaq qarşısında
Karate üzrə milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Sportline.az xəbər verir ki, mötəbər yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Asiman Qurbanlı (+84 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq.
Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir. Milli komanda 11 iyunda Bakıya dönüb, 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcək.