Karateçimiz finalda çıxış edəcək

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Minsk 2019" II Avropa Oyunlarına yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Halina Melnyukla qarşılaşıb.

Görüşdən qalib ayrılan Azərbaycan təmsilçisi finala yüksəlib - 1:0.

Qeyd edək ki, bu gün digər Azərbaycan karateçisi Asiman Qurbanlı (84 kq) da yarımfinal görüşünü keçirəcək. O, finala vəsiqə uğrunda gürcüstanlı Gogita Arkanianı sınağa çəkəcək.