Karlo Ançelotti: "Təəssüf ki, bunu futbolçuların psixologiyasına yeritmək bir qədər çətin məsələdir"

BU gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid” - “Mançester Siti” görüşü böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, ilk oyunundakı nəticə cavab matçının da gərgin və maraqlı mübarizə şəraitində keçəcəyindən xəbər verir.

Baş məşqçilərin oyunqabağı mətbuat konfranslarında maraqlı fikrilər səslənib. Kral klubunun çalışdırıcısı Karlo Ançelitti maraqlı, çətin və gərgin oyun olacağını deyib. “Qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizə kömək edə biləcək oyunçuları da sıraya qaytarmaq istəyirik. Məsuliyyətimizi və oyun zamanı hansısa rislərlə üzləşə biləcəyimizi yaxşı dərk edirik.

İlk oyunun nəticəsi bizim yolumuzun tam açılması anlamına gəlməməlidir. Rəqibin də növbəti mərhələyə adlamaq imkanları var. Onların Qvardyola kimi çalışdırıcısı var. Bütün imkanlardan yararlanıb yola davam etməyə çalışacaqlar. İlk görüşdəki minimal üstünlüyə aldanmaq olmaz. Təəssüf ki, bunu futbolçuların psixologiyasına yeritmək bir qədər çətin məsələdir. Buna baxmayaraq, İngiltərədəki kimi oynayıb, məqsədimizə nail olmaq niyyətindəyik".

Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü gecə yarısı 12-də başlanacaq.