Karlos Soler ölkəsinə qayıdır
Ötən mövsümü "Vest Hem Yunayted"də icarə əsasında keçirən ispaniyalı yarımmüdafiəçi Karlos Soler karyerasını "Real Sosyedad"da davam etdirə bilər.
Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi oyunçunun meneceri ilə bu həftə görüşücək.
Karlos Soler müqavilə əsasında Fransanın "Paris Sen-Jermen" klubuna məxsusdur.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 33 matçda 1 qol 1 məhsuldar ötürmə müəllifi olub.