Karvaxalın "Real Madrid" sevgisi
"Real Madrid"in əfsanələrindən sayılan Dani Karvaxal klubdan ayrılmaq fikrində deyil.
Sportline.az xəbər verir ki, 33 yaşlı sağ cinah müdafiəçisinə Səudiyyə Ərəbistanı klublarından təkliflər gəlsə də, təcrübəli futbolçu qəbul etməyib.
"Diario As" nəşrinin yaydığı məlumata görə, ispaniyalı oyunçu karyerasını "Real Madrid"də başa vurmaq istəyir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm 8 rəsmi matçda meydanda olub.