Kasado "Barselona"dan ayrılır?

"Barselona"nın futbolçusu Mark Kasado yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları 22 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kasadonun dəyəri 20 milyon avrodur.