Kasado "Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın futbolçusu Mark Kasado yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "SER Catalunya" məlumat yayıb.

22 yaşlı oyunçunun dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, Kasado cari mövsüm meydana çıxdığı 29 matçda 1 asistlə yadda qalıb.