Kasado "Milan"ın hədəfindədir
"Milan" "Barselona"nın futbolçusu Mark Kasadonu heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Cianluici Lonqari məlumat yayıb.
M.Kasadonun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, ispaniylı oyunçu ötən mövsüm meydana çıxdığı 34 matçda 1 asistlə yadda qalıb.