Kasilyas Fransa çempionatına yollanır

Tanınmış ispaniyalı qapıçı İker Kasilyas karyerasını Fransada davam etdirməyə yaxındır. Sportline.az RTL France-yə istinadən xəbər verir ki, təcrübəli futbolçu "Marsel"in maraq dairəsindədir. Danışıqların ilkin mərhələsi uğurla yekunlaşıb. Qeyd edək ki "Real" Madridin sabiq qolkiperi Portuqaliya çempionatının cari mövsümündə "Portu"nun heyətində keçirdiyi 15 oyunun 9-da qapısını toxunulmaz saxlayıb