"Kasımpaşa" "Fiorentina"dan iki futbolçu transfer edib

Türkiyə klublarından "Kasımpaşa" "Fiorentina"dan Antonin Barak və Yosep Brekalonu heyətinə cəlb edib.

Sportline.az Beinsport.com-a istinadla xəbər verir ki, hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra İstanbul klubu ilə 1 illik müqavilə bağlayıb.

26 yaşlı sol cinah hücumçusu Brekalo ötən mövsüm İtaliya klubunun heyətində 34 oyunda 3 qol vurub, 8 asist edib.

Yarımmüdafiəçi Barak isə 2023/2024 mövsümündə çıxdığı 34 rəsmi matçda 5 qol və 3 asistlik performans göstərib.

Qeyd edək ki, "Kasımpaşa" Super Liqada 4 turdan sonra 5 xal toplayıb.