"Kasımpaşa" yeni transferini açıqlayıb

Türkiyə klublarında "Kasımpaşa" növbəti transferini reallaşdırıb.

Sportline.az İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, "Luqano" forması geyinən sol cinah müdafiəçisi Con Espinoza ilə razılıq əldə olunub.

25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində 171 oyuna çıxan ekvadorlu futbolçu bu görüşlərdə 3 qol vurub, 12 asist edib.

Qeyd edək ki, "Kasımpaşa" Super Liqada 4 oyundan sonra 5 xal toplayıb.