Kataloniya klubunda 25 illik dəyişiklik

"Barselona" "Nou Kamp"ın adını 25 illik sponsorlara sata bilər.

Sportline.az xəbər verir ki, klub prezidenti Xosep Bartomeu stadionunun adını 2021/22 mövsümü üçün satışa çıxardıqlarını bildirmişdi. Katalonlar bu addımla koronavirus pandemiyasından gördüyü zərərin qarşısını qismən qarşılamaq istəyir.

Klubun vitse-prezidenti Jordi Kardoner isə bu müddətin 25 il ola biləcəyini deyib.