Kayl Uolker İstanbul nəhənginə keçir
"Sounthempton"un ingiltərəli futbolçusu Kayl Uolker-Pitters karyerasını "Qalatasaray"da davam etdirməyə yaxındır.
Sportline.az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İngiltərə klubu Uolker üçün "Qalatasaray"dan 15 milyon avro tələb edib.
27 yaşlı futbolçunun "Sounthempton"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, K.Pitters cari mövsüm çıxış etdiyi 22 matçda 2 asistlə yadda qalıb.