"Kayserispor" mərakeşli futbolçu ilə anlaşıb
Super Liqa komandalarında "Kayserispor" hücumçu Mehbi Burabianı heyətinə qatdığını açıqlayıb.
Sportline.az Kayseri təmsilçisinin rəsmi hesabına istinadla xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Burabia 2023/2024 mövsümünü "Frosinone" klubunda keçirib.İtaliya təmsilçisi heyətində 12 oyuna çıxan hücumçu qolla yadda qalmayıb.
Qeyd edək ki, Mehdi Burabia 2018-ci ildə çıxış etdiyi Mərakeş milli komandasında 8 qol vurub.