Kazemiro getsə, Çuameni gələcək

"Mançester Yunayted" gələn ilin yayında Kazemiro ilə yollarını ayırmağı planlaşdırır.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik brazilyalı yarımmüdafiəçinin yerinə, "Real Madrid"dən Orelyan Çuamenini transfer etməyi düşünür.

Kazemironun klubla sözləşməsi 2026-cı ilin iyun ayında başa çatacaq. 

Qeyd edək ki, Çuameninin transfer qiyməti 80 milyon avrodur.