Kazemiro ilə üç klub yaxından maraqlanır
"Mançester Yunayted"dən ayrılacağı dəqiqləşən Karlos Enrike Kazemiro ilə üç klub yaxından maraqlanır.
Sportline.az xəbər verir ki, "İnter Mayami", "Porto" və "Sao Paulo" 34 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Kazemiro cari mövsüm meydana çıxdığı 25 matçda 5 qol, 2 asistlə yadda qalıb.