Kazemiro İngiltərəni tərk edir

"Mançester Yunayted"in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az jurnalist Rob Dovsonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Kazemiro üçün 15 milyon avro tələb edir.

İtaliyanın "Roma" klubu 32 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayında 70 milyon avro qarşılığında "Real"dan "Mançester Yunayted"ə transfer olmuşdu.