Kazemiro "Mançester Yunayted"i tərk etməyə yaxındır

"Mançester Yunayted"in brazilyalı futbolçusu Karlos Enrike Kazemiro yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "UOL"a istinadən xəbər verir ki, Kazemiro İngiltərə klubundan ayrılmaq niyyətindədir.

Təcrübəli futbolçu ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

Qeyd edək ki, Kazemiro 2022-ci ildə "Real"dan "Mançester Yunayted"ə 70 milyon avro qarşılığında transfer olmuşdur.

Onun "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Kazemiro bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 3 qolla yadda qalıb.