Kazemiro MLS klubunda çıxış edə bilər
“LA Qalaksi”nin “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironu transfer etməkdə maraqlı olduğu bildirilir. Amerika klubu braziliyalı futbolçunun vəziyyətini yaxından izləyir.
Sportline.az xəbər verir ki, Kazemiro bu mövsüm “Mançester Yunayted”in yarımmüdafiəsində əsas fiqurlardan biri olub və komandanın ən stabil oyunçuları sırasında yer alır.
Buna baxmayaraq, 33 yaşlı futbolçunun mövcud müqaviləsi mövsümün sonunda başa çatacaq.
Hazırda “qırmızı şeytanlar”ın ona yeni sözləşmə təklif edəcəyi ilə bağlı ciddi siqnallar yoxdur.