Kazemiro MLS yolunda
Mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacağı dəqiqləşən Karlos Henrike Kazemiro karyerasına MLS-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "LA Qalaksi" brazilyalı yarımmüdafiçi ilə ciddi şəkildə maraqlanır.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, 33 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 23 matçda 5 qol, 2 asistlə yadda qalıb.