Keçmiş çempion peşəkar karyerasını bitirdi
Mütləq döyüş çempionatının (UFC) keçmiş çempionu Keyn Velaskes qarışıq döyüş sənətlərində peşəkar karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, o, restlinqə keçəcək. Keyn Velaskes birinci təkbətək döyüşünü oktyabrın 31-də meksikalı idmançı, hazırkı çempion Broka Lesnara qarşı keçirəcək. Təkbətək döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.
Qeyd edilir ki, əgər 37 yaşlı döyüşçü MMA-ya qayıtmaq istəsə, onda o, 6 ay yeni dopinq yoxlamasının nəticələrini gözləməli olacaq.
Velaskes MMA-da son döyüşünü 2019-cu ilin 17 fevralında keçirib. O, Fransis Nqanna nokautla məğlub olub.