Keçmiş MMA döyüşçüsü ömürlük həbs oluna bilər
Keçmiş MMA döyüşçüsü Jose Rodriges Çukuan həbs edilə bilər.
Sportline.az TMZ nəşrinə istinadən xəbər verir ki, sabiq idmançı adam qaçırmaqda və cinsi təcavüzdə ittiham olunur. Onun günahı sübuta yetirilərsə, 99 il müddətinə həbs olunacaq.
Alberto Del Rio təxəllüsü ilə tanınan keçmiş meksikalı güləşçi sevgilisinin xəyanət etdiyini əsas gətirib və onu girov götürüb. Çukuan həmin şəxsə xəsarətlər yetirib və oğlunu qaçırmaqla hədələyib.
Qeyd edək ki, Jose Rodriges Çukuan MMA-da 15 döyüş keçirib. Bunların 9-da qələbə qazanıb və 6-da uduzub.