Kees Smit “Nyukasl” yolunda
"Nyukasl Yunayted" yanvar ayında "Az Alkmaar"ın gənc futbolçusu Kees Smiti heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 19 oyunda 2 qol, 4 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, K.Smit "Nyukasl"a transfer olmağa isti yanaşır.